“New York Times” - ABŞ-İran gərginliyinin artmasına səbəb Con Boltondor
“New York Times” - ABŞ-İran gərginliyinin artmasına səbəb Con Boltondor
16 May 2019 13:22 DünyaBolton İranla bağlı Corc Buş dönəmində həyata keçirə bilmədiyi planını Trampın rəhbərliyi altında gerçəkləşdirməyə çalışır.
Olaylar.az bildirir ki, bu barədə "New York Times" iddia edib.
ABŞ-ın xarici işlər nazirinin sabiq siyasi işlər üzrə müşaviri Uendi Şerman ""New York Times"a yazdığı məqalədə ABŞ-İran arasındakı gərginliyin artmasına Boltonun məsuliyyət daşıdığını bildirib. Onun fikrincə ABŞ-la İran arasındakı gərginliyin artmasının səbəbkarı Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltondur.
Şerman məqalədə, çox sayda hərbi personalın, o cümlədən döyüş texnikalarının Yaxın Şərqdə cəmləşdirilməsinin məhz Boltonun səyi nəticəsində baş verdiyini qeyd edib.