Avropanı Trampdan qorumaq lazımdır – Timmermans

Avropanı Trampdan qorumaq lazımdır – Timmermans

Avropa gərək Rusiya və ABŞ-dan olan diktələrdən qaça bilsin.

Bunu Avropa Komissiyasının rəhbərliyinə namizəd Frans Timmermans deyib. Onun sözlərinə görə, AB ölkələri birlikdə kifayət qədər güclüdürlər.

O, AB-nin bir olmasına bəzi liderlərin mane olduğunu deyib.

Timmermans bu şəxslərin AB-ni zəiflədib, parçalatmaq istəyən Putindən və Trampdan müəyyən xahişlər etdiklərini söyləyib:

"Dünya tarixində ilk dəfədir ki, ABŞ prezidenti zəif və parçalanmış Avropa görmək istəyir. İtaliya Baş nazirinin müavini Matteo Salvini, Avstriyanın vitse-kansleri Haynts Kristian Ştraxe kimi Putini ən yaxşı dost görənlər Avropanın maraqlarına uyğun hərəkət etmirlər. Bunu onlara da anlatmaq lazımdır".

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31