Tarkan 10 il sonra Rusiyada konsert verdi - İzdiham yaşandı
Tarkan 10 il sonra Rusiyada konsert verdi - İzdiham yaşandı
16 May 2019 12:03 DünyaTürkiyənin dünyaca məşhur müğənnisi, meqastar Tarkan Moskva və Kazanda konsert proqramı ilə çıxış edib.
Olaylar.az bildirir ki, konsert turu çərçivəsində baş tutan konsert proqramına minlərlərlə insan axın edib.
Tarkan gecədə rus pərəstişkarlarına səslənib "10 il keçdi mi? Mən sizin üçün darıxmışam. Bəs siz mənim üçün darıxmısınız? Moskvaya gəldiyim üçün çox xoşbəxtəm. Hamınıza çox minnətdaram".
Qeyd edək ki, meqastar sonuncu dəfə Moskvada 2009-cu ildə çıxış edib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31