Bu müharibə fəlakət olar, Boltonu dayandırmalıyıq – Sanders
Bu müharibə fəlakət olar, Boltonu dayandırmalıyıq – Sanders
16 May 2019 10:58 DünyaSonsuz müharibələr arzu edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu dayandırmalıyıq.
Bu açıqlama ilə Vermont senatoru və 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacaq Berni Sanders çıxış edib.
İranla müharibə ehtimalından danışan Sanders ABŞ-ın fəlakətin eşiyində olduğunu vurğulayıb:
"İranla müharibə fəlakət olar. Bu səbəbdən Boltonu dayandırmalıyıq".
Qeyd edək ki, ABŞ-ın İranla müharibə üçün 120 minlik ordu göndərməyi planlaşdırdığı barədə xəbərlər yayılıb.
turkustan
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31