Kilsə rus qızlara çinlilərə ərə getməyi məsləhət gördü

Kilsə rus qızlara çinlilərə ərə getməyi məsləhət gördü

Rusiya Pravoslav Kilsəsi Rusiyada özünə ər tapa bilməyən qadınlara axtarışlarını xaricdə aparmağı məsləhət görüb.

Kilsənin adından bu fikirləri Moskva və Bütün Rus Patriarxlığının Ailə Məsələləri, Analığın və Uşaqlığın Qorunması Komissiyasının rəhbəri baş rahib Dmitri "Radonej" radiosuna müsahibəsində deyib. Bunun üçün Dmitri hətta Çini məsləhət görüb və bu ölkədə çoxlu sayda subay kişinin olduğunu bildirib.

O, qadınların özlərinə ər axtarmasıyla bağlı heç bir problem yaradılmaması gərəkdiyini söyləyib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31