Gənc qız İnstagramdakı paylaşımına görə intihar etdi
Gənc qız İnstagramdakı paylaşımına görə intihar etdi
15 May 2019 18:10 DünyaPolis rəisi qızın depressiyaya meylli olduğunu deyib
Malayziyada 16 yaşlı gənc qız İnstagramda keçirdiyi anketdən sonra intihar edib.
O, İnstagramın hekayə bölümündə "Gerçəkdən vacibdir, qərar verin, Ö/Y?" yazaraq anket hazırlayıb. Paylaşımdakı Ö-öl, Y-yaşa mənasını verirmiş.
Anketdə iştirak edənlərin 69 faizi bilmədən gənc qızın həyatına son verməsi üçün səs veriblər.
Bölgənin polis rəisi Aidil Bolhasan verdiyi açıqlamasında gənc qızın depressiyaya meylli olduğunu söyləyərək "Ölümündə başqa səbəblərin olub-olmaması araşdırılır" deyib.
aznews
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31