Putin generalını türklərin təcrübəsini öyrənməyə göndərdi
Putin generalını türklərin təcrübəsini öyrənməyə göndərdi
14 May 2019 14:40 DünyaRusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.
Bu məlumatı Rusiya Milli Qvardiyasının rəsmi nümayəndəsi Valeri Qribakin paylaşıb. Məlumata görə, səfər çərçivəsində Zolotovun Türkiyə Daxili İşlər naziri Süleyman Soylu və Türkiyə Jandarmeriya Qüvvələrinin rəhbəri Arif Çətinlə görüşü nəzərdə tutulub.
Nümayəndə heyətinin Türkiyə Sahil Mühafizəsi və Jandarmeriya Akademiyasında dərs prosesinin təşkili ilə tanış olacağı, eləcə də xüsusi təyinatlı qüvvələrin briqadasını ziyarət edərək, onların hazırlıq təcrübəsiylə tanış olacağı bildirilib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31