Türkiyədə terror törətmiş şəxsə fantastik cəza - 5306 il həbs
Türkiyədə terror törətmiş şəxsə fantastik cəza - 5306 il həbs
14 May 2019 14:32 DünyaTürkiyədə Reyhanlı qətliamını planlayanlardan olan Yusif Nazikə 5 min 306 il 6 ay həbs cəzası verilib.
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı ilə Suriyanın Lazkiyə şəhərində həbs edilərək Türkiyəyə gətirilən Yusif Nazikin məhkəmə qarşısına çıxarılıb.
Məlumat üçün əlavə edək ki, Hatay Reyhanlısında 2013-cü ilin 11 may tarixində terror hücumu zamanı 5-i uşaq olmaqla 52 nəfər öldürülüb, həmçinin 28-i uşaq olmaqla 130 nəfər yaralanıb.
Məhkəmə prosesi Ankara Ağır Cinayətlər Məhkəməsində aparılıb.(teleqraf.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31