Bitkoin 24 saat ərzində $8 000 qiymətinə çatıb

Bitkoin 24 saat ərzində $8 000 qiymətinə çatıb

Ən məşhur kriptovalyutalardan biri olan bitkoin, $8 000 qiymətinə çatıb. 

Olaylar.az bildirir ki, "CoinMarketCap" birjasının verdiyi məlumata görə, bitkoin 13,12% artaraq $7,9 min artıb.

"CoinDesk" birjasının verdiyi məlumata görə isə, bitkoin 12,79% artaraq $7,96 min qiymətinə çatıb.

Son 24 saat ərzində kriptovalyutanın maksimal qiyməti "CoinMarketCap"-da $8047, "CoinDesk"-də isə $8148 təşkil edib.

Qeyd edək ki, bitkoinin maksimal qiyməti 2017-ci ildə 1300% artaraq $20 min qiymətinə çatmışdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31