Solovyov ukraynalı eksperti qovdu: Rədd ol! - Video
Solovyov ukraynalı eksperti qovdu: Rədd ol! - Video
14 May 2019 11:56 DünyaRusiyalı aparıcı Vladimir Solovyov "Kim əleyhinədir?" verilişi zamanı ukraynalı politoloq və yazıçı Vsevolod Nepoqodini studiyadan qovub.
Axar.az xəbər verir ki, Nepoqodini Böyük Vətən müharibəsi dövründə faşistlər tərəfində döyüşən Stepan Banderanın stalinizmə qarşı mübarizəsinə haqq qazandırıb. Nepoqodin faşistləri "alternativ" adlandırıb.
"Demək, sən mənə deyirsən ki, o adam Hitlerin tərəfində döyüşməkdə haqlıdır, çünki bu, mübarizənin alternatividir? Rədd ol burdan", - Solovyov sərt reaksiya verib.
Qeyd edək ki, bu, Solovyovun ukraynalı ekspertləri verilişindən qovduğu ilk hadisə deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31