Ölünü bələdiyyə sədri seçdilər - İNANILMAZ OLAY
ABŞ-ın Texas ştatının Maypearl şəhərində qəribə hadisə baş verib. 2 ay öncə ölən Filip Veltman bələdiyyə sədri seçilib.
10 May 2019 18:02 DünyaABŞ-ın Texas ştatının Maypearl şəhərində qəribə hadisə baş verib. 2 ay öncə ölən Filip Veltman bələdiyyə sədri seçilib.
Publika.az xəbər verir ki, buna səbəb F.Veltmanın seçkiyə qatılmayacaq şəxslərin adı siyahıdan çıxarılandan sonra dünyasını dəyişməsidir.
Qan xərçəngi xəstəliyindən dünyasını dəyişən Veltman 110 seçicidən 68-nin səsini qazanıb.
İndi Maypearl Bələdiyyəsinin Veltmanın yerinə başqa birini təyin etməsi gözlənilir.
Yeni bələdiyyə başçısının təyinatına mayın 13-də baxılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31