Cavani: "ABŞ və Vaşinqtonla danışıqlar aparılmayacaq"
Cavani: "ABŞ və Vaşinqtonla danışıqlar aparılmayacaq"
10 May 2019 17:11 Dünyaİran ABŞ-la danışıqlar aparmaqdan imtina edib.
Olaylar.az bildirir ki, bu barədə İslam İnqilab Qvardiyasının siyasi rəhbəri Yadollah Cavani məlumat verib.
"Tasnim"də yer alan məlumata görə, Cavani bildirib ki, amerikalılar hərbi təzyiqlər vasitəsilə Tehranı danışıqlar masasına çəkməyə çalışırlar. Amma ABŞ və Vaşinqtonla danışıqlar aparılmayacaq.
Cavani, amerikalıların İrana qarşı hərbi əməliyyatlar etməyə cəsarət edə bilməyəcəyini bəyan edib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İrana danışıqlara razılıq verməsi üçün sanksiyaların tətbiqi cəhdi də uğurlu olmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31