Rusiya: Hələ də ABŞ-dan cavab gözləyirik

Rusiya: Hələ də ABŞ-dan cavab gözləyirik

Rusiya hələ də ABŞ-dan nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı birgə bəyanat təklifinə cavab gözləyir.

Bu sözləri Rusiyanın Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov deyib.

"Çoxları nostalgiya ilə Qorbaçov-Reyqan formulunu xatırlayır: nüvə müharibəsinin qalibi ola bilməz və belə bir müharibə başlamamalıdır. Bununla əlaqədar xatırlatmaq lazımdır ki, ötən il Rusiya nüvə müharibəsinin yolverilməzliyi barədə birgə bəyanat təklif edib. Hələ də cavab gözləyirik", - Ulyanov qeyd edib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31