Poroşenko Merkelə çağırış edib

Poroşenko Merkelə çağırış edib

Ukrayna prezidenti Petro Poroşenko, Almaniya Baş naziri Angela Merkellə telefon danışığında Donbass sakinlərinə Rusiya pasportlarının verilməsi qərarı ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların güclənməsini dəstəkləməyə çağırıb. Bu barədə Ukrayna liderinin mətbuat xidməti məlumat verir.

"Petro Poroşenko Berlini Moskvaya qarşı sanksiyaları gücləndirilməsini dəstəkləməyə çağırıb", - mətbuat xidmətindən bildiriblər.

Tərəflər həmçinin Rusiya sərhədini qeyri-qanuni yolla keçən və saxlanılan 24 Ukrayna dənizçisinin azad edilməsi məsələsinin Beynəlxalq Dəniz Məhkəməsi tərəfindən dəyərləndirilməsini də müzakirə ediblər.

sia

ABŞ-da 10 milyon insan Trampın impiçmentini istədi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31