Planetimizin bitki və heyvanat aləmi məhv ola bilər - Alimlərdən xəbərdarlıq
Planetimizin bitki və heyvanat aləmi məhv ola bilər - Alimlərdən xəbərdarlıq
10 May 2019 16:26 Dünya6 may tarixində YUNESKO-nun qərargahında planetimizin ekoloji sistemlərinə həsr edilmiş beynəlxalq konfrans keçirilib.
Tədbirdə iştirak edən bioloqlar irimiqyaslı hesabat təqdim ediblər. Təqdimatda günümüzdə müşahidə edilən qorxulu vəziyyət öz əksini tapıb. Alimlərin sözlərinə əsasən, hazırda planetimizin milyondan çox bitki və heyvan nümunəsi məhv olmaq təhlükəsi qarşısındadır. Təqiqatçılar bunu "altıncı kütləvi məhvolma" termini ilə ifadə ediblər. Bu vaxta qədər qlobal faciələrlə 5 dəfə eyni hal təkrarlanıb. Amma bu dəfə təbiət və təbii fəlakət yox, insan əməli faciəyə səbəb olacaq.
Hesabata əsasən, planetimizin 8 milyona yaxın bitki və heyvan növündən 1 milyonu məhv olma təhlükəsi ilə üz-üzədir. Ekspertlərin fikrinə görə, Yer tarixində canlı orqanizmlər heç vaxt belə təhlükə ilə üzləşməyiblər. Çünki hər il insanlar bərpa olan və olmayan 60 milyard ton müxtəlif təbii resurslardan istifadə edir. 1980-ci illərdə bu rəqəm 30 milyard ton idi.
Alimlər təbiətə ziyan faktorlar arasında torpaqdan məsuliyyətsiz istifadə, iqlim dəyişikliyi, kütləvi ov və balıqçılıq, ətraf mühitin çirkləndirilməsi, nadir orqanizmlərin məvhi kimi faktorları sadalayıblar. Mütəxəssislərin hesablamalarına əsasən, qurunun 75, dünya okeanının 40, çay və göllərin 50 faizi sivilizasiyanın günahı ucbatından çirklənməyə məruz qalıb. Amfibiyaların 40, mərcan riflərinin 33, dənizdə yaşayan canlıların 35 faizi məhv olma təhlükəsi ilə üzləşib. Həşəratların isə 10%-i məhv ola bilər. Bu sırada arıların olması isə daha böyük faciə sayılır.
milli