Boltondan məxfi iclas: B-52-lər və gəmi İran üçün getdi
Boltondan məxfi iclas: B-52-lər və gəmi İran üçün getdi
10 May 2019 12:02 DünyaABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Mərkəzi Kəşfiyyat İdarəsində yüksək vəzifəli şəxslər, kəşfiyyat əməkdaşları, diplomatlar, o cümlədən hərbi rəislərlə İranla bağlı iclas keçirib.
Axar.az xəbər verir ki, bu məlumatı NBC yayıb. Məlumata görə, görüş aprelin 29-u yerli vaxtla saat 07:00-da baş tutub.
Televiziya adətən belə iclasların MKİ qərargahında yox, Ağ Evdə keçirilməsiylə bağlı xüsusi qeyd də verib.
Qeyd edək ki, bundan öncə ABŞ İran sahillərinə "Avram Linkoln" təyyarədaşıyan gəmisini göndərib. Dünən isə Qətərə B-52 bombardmançı təyyarələri yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31