Tramp onu Pentaqona rəhbər gətirir

ABŞ Prezidenti Donald Tramp Patrik Şanahanı müdafiə naziri vəzifəsinə təyin etmək niyyətindədir.

ABŞ Prezidenti Donald Tramp Patrik Şanahanı müdafiə naziri vəzifəsinə təyin etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Sara Sanders deyib. Onun sözlərinə görə, Şanahan son bir neçə ayda bu idarəyə rəhbərlik etmək üçün yetərli qədər təcrübəyə sahib olduğunu sübut edib.

Artıq Şanahan da məsələyə münasibət bildirib. O, bundan sonra da ABŞ-ın milli müdafiə strategiyasını aqressiv reallaşdırılmasını davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Şanahan hazırda ABŞ müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısıdır. O, 2018-ci ilin dekabrından bu vəzifəni icra edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31