Kiyevdə “Ölümsüz alay”ın təşkilatçısı saxlanıldı

Kiyevdə “Ölümsüz alay”ın təşkilatçısı saxlanıldı

Kiyevdə Rusiyada keçirilən "Ölümsüz alay" aksiyasının analoqu olan "Heç kim unudulmayıb, heç nə unudulmayıb" aksiyasının təşkilatçısı, hüquq müdafiəçisi Yelena Berejnaya polis tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, məlumata görə, polis hüquq müdafiəçisinin həbsinə əsas səbəb kimi ictimai nizamın pozulmasını göstərib. O, aksiyaya yollanarkən polis tərəfindən saxlanılıb.

Ukrayna polisi aksiyaya qoşulmaq istəyən daha bir nəfəri yaxalayıb. Onun aksiyaya Georgiyevsk lenti və Stalinin fotosu ilə qoşulmaq istədiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31