Namazdan çıxan müsəlmanlara divan tutuldu
İsrail ordusu Əl-Əqsa məscidinə basqın edərək namaz qılmağa gedənləri döyüb.
9 May 2019 16:15 Dünyaİsrail ordusu Əl-Əqsa məscidinə basqın edərək namaz qılmağa gedənləri döyüb. Eyni zamanda namazdan sonra səsli bombadan istifadə edilib. Əməliyyat zamanı 3 fələstinli həbs olunub.
İsrail hərbçiləri namazdan sonra məscidin Əl-Əsbat və Bab Əl-Amud qapıları qarşısında fələstinlilərə bomba atıblar.
Daha sonra həbslərə başlanılıb. Yerli qaynaqlar namaz qıldıqdan sonra müqəddəs məkandan çıxan fələstinlilərin incidildiyi, bəzilərinin isə həbs edildiyini təsdiqləyib.
Qeyd edilir ki, İsrail polisi gənc qızlar və yaşlı insanlar daxil olmaqla ibadət edənləri ərazidən qovmaq üçün müxtəlif formada müdaxilələr edir və insanları döyürlər.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31