Rusiyada qəza - Azərbaycanlılar yanaraq öldü/Video

 

Ötən gün Çelyabinsk yaxınlığında baş vermiş ağır yol nəqliyyat hadisəsində Azərbaycan vətəndaşı faciəvi şəkildə ölüb.

Teleqraf.com xəbər verir ki, "Lexus " və "Mitsubishi" markalı iki minik maşını toqquşub. "Lexus " un içində olan azərbaycanlı iki dostu ilə birlikdə Ufa şəhərinə gedirmiş.

Hadisə şahidlərinin bildirdiyinə görə, qarşıdan gələn "Mitsubishi" ilə toqquşan "Lexus " anında alovlanıb. Avtomobildə olan 3 nəfər diri -diri yanıb.

"Mitsubishi"nin sürücüsü də qəza nəticəsində həlak olub.

Ölənlərin adları açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31