Türkiyənin bəzi hava yolu şirkətlərinin iş rejimində dəyişiklik
Türkiyənin bəzi hava yolu şirkətlərinin iş rejimində dəyişiklik
8 May 2019 18:43 DünyaTürkiyənin Ali Seçki Komissiyasının İstanbulda bələdiyyə seçkilərinin ləğv olunması və səsvermənin yenidən aparılması qərarından sonra ölkənin bəzi hava yolu şirkətlərinin iş rejimində dəyişikliklər edilib.
Axar.az xəbər verir ki, Türk Hava Yollarından verilən məlumata görə, seçkiyə yaxın tarixlərə alınan təyyarə biletlərinin dəyişdirilməsi asanlaşdırılıb. Belə ki, 2019-cu il mayın 6-dan iyunun 26-dək olan tarixlərə alınmış təyyarə biletləri mayın 15-dək, bəzi biletlər isə mayın 31-dək əlavə xərc tələb edilmədən dəyişdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31