“Bu məlumatı açıqlaya bilməyəcəm, amma…” - Paşinyan

“Bu məlumatı açıqlaya bilməyəcəm, amma…” - Paşinyan

"Mən bunu bəyan edirəm, çünki bu, məlum faktdır"

Ermənistan Rusiyadan çoxfunksiyalı Su-30SM qırıcı təyyarələrinin alınması prosesinə başlayıb.

Bunu Ermənistanın baş naziri seçilməsinin bir illiyi münasibətilə bu gün İrəvanda keçirdiyi mətbuat konfransında Nikol Paşinyan bildirib.

"Ermənistan Su-30SM çoxfunksiyalı qırıcı təyyarələrin alınması prosesinə başlayıb. Mən bunu bəyan edirəm, çünki bu, məlum faktdır. Digər silah və hərbi texnikanın alınmasına dair məlumatı isə açıqlaya bilməyəcəm", - deyə Paşinyan qeyd edib.

Daha öncə Ermənistan müdafiə naziri Davud Tonoyan jurnalistlərə bildirmişdi ki, İrəvan Su-30SM qırıcı təyyarələrinin alınmasına dair müqavilə üzrə ödənişin bir qismini həyata keçirib. Onun sözlərinə görə, Ermənistan ilk növbədə 2019-cu ilin sonu-2020-ci ilin əvvəlləri üçün dörd ədəd Su-30SM almağı planlaşdırır. Ümumilikdə isə 12 ədəd Su-30SM alınması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31