Volodin nəhayət ki, Mirzoyanı qəbul edir

Volodin nəhayət ki, Mirzoyanı qəbul edir

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Rusiya Dumasının spikeri Vyaçeslav Volodinlə görüşəcək.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Dumasınının mətbuat xidməti yayıb. Görüş Bişkek Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının iclası çərçivəsində baş tutacaq. Bu, tərəflər arasında ilk görüş olacaq.

Qeyd edək ki, KTMT Parlament Assambleyasının iclası mayın 20-də baş tutacaq.

Bundan öncə Mirzoyan Moskvaya səfər etsə də, Volodin onun görüş istəyini qəbul etməmişdi.

Putin rus donanmasını ona tapşırdı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31