Kolomoyski: Timoşenko məndən pul istədi
Kolomoyski: Timoşenko məndən pul istədi
8 May 2019 14:00 DünyaUkraynalı oliqarx İqor Kolomoyski Batkivşina Partiyasının lideri Yuliya Timoşenkonun prezident seçkilərində ondan kömək istədiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Kolomoyski "Bihus.info" nəşrinə müsahibəsi zamanı danışıb.
Kolomoyskinin sözlərinə görə, Timoşenko artıq müraciət etdikdə belə kömək olmayacağını bilirdi.
"Kiməsə pul versəm, nəticədə girova çevriləcəkdim", - Kolomoyski bildirib.
Qeyd edək ki, Yuliya Timoşenko seçkilərin birinci turunda Pyotr Poroşenko və Vladimir Zelenskidən daha az səs toplayaraq seçki yarışını dayandırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31