“Ermənistan ərazisi təhlükəli dərəcədə boşalıb” – erməni deputat

“Ermənistan ərazisi təhlükəli dərəcədə boşalıb” – erməni deputat

Ermənistan strateji təhlükəli dərəcədə boşalıb.

Bu barədə ölkə parlamentinin deputatı Arman Babacanyan danışıb.

O bildirib ki, insanların ölkəni kütləvi tərk etdiyi bir vaxtda, həyat keyfiyyətinin yaxşılaşmasından danışmaq çətindir: "Hakimiyyət dəyişikliyindən sonra ölkədə bir çox problemlər qalmaqdadır və bu da insanları ölkədə getməyə vadar edir. Miqrasiya "qeyri-real müharibə"dir və ölkənin zəifləməsinə gətirib çıxaran real müharibəyə çevrilə bilər".

Statistik məlumatlara əsasən, 2019-cu il aprelin 1-dək Ermənistan əhalisi 2,962 milyon nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 min nəfər azdır.

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31