Köçəryan: Nikol ictimai xadimdir, amma siyasi xadim ola bilmir
Köçəryan: Nikol ictimai xadimdir, amma siyasi xadim ola bilmir
30 Aprel 2019 11:54 DünyaHazırkı hakimiyyətin ən böyük problemlərindən biri odur ki, ictimai xadimlərin böyük əksəriyyəti siyasi xadim ola bilmir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni polittexnoloq Karen Köçəryan deyib.
"Bu, zamanla ciddi problemlərə səbəb olacaq. Bu isə özünü çox gözlətməyəcək. Yeni alternativ qüvvələr formalaşacaq ki, bu da hazırkı hakimiyyət üçün ciddi müxalifətə çevriləcək.
Respublikaçılar Partiyası və Robert Köçəryan yaxın zamanlarda geridönüş edə bilməyəcəklər. Bu o demək deyil ki, onlar geridönüş üçün çalışmırlar. Bu o deməkdir ki, onlar əvvəlki siyasi nüfuza yiyələnə bilməyəcəklər", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31