“MyndVR” - yaşlı insanlar üçün virtual reallıq
“MyndVR” - yaşlı insanlar üçün virtual reallıq
24 Aprel 2019 16:09 DünyaYaşlı insanlara bir çox yeni təəssüratlar yaşamağa imkan verən "MyndVR" adlı ilk virtual reallıq platformasının ikinci versiyası təqdim olunub.
Olaylar.az bildirir ki, "MyndVR 2.0" platforması mobil qurğu, həmçinin virtual reallıq eynək istehsalçısı "HTC" şirkətinin "Vive X" sürətləndiricisi ilə əməkdaşlıq çərçivəsində işlənərək hazırlanıb.
Yeni model "HTC Vive Focus" adlı avtonom virtual reallıq şlemindən istifadə edir. Xəstə baxıcısı tədarük dəstinə daxil olan planşet vasitəsilə virtual reallıqda baş verənlərə nəzarət edə bilər.
Qeyd edək ki, hər iki versiya məzmun baxımından eynidir. Yəni, yaşlı insan keçmişin xoş anlarını yenidən yaşaya bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31