Bakıda Azərbaycan-Laos Biznes Forumu keçirilir

Bakıda Azərbaycan-Laos Biznes Forumu keçirilir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, forumda Azərbaycanın və Laosun dövlət qurumlarının, eləcə də biznes dairələrinin nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı, investisiya imkanları və biznes əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunur.

Forumda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov, Laosun sənaye və ticarət nazirinin müavini Manothong Vongsay, eləcə də hər iki ölkənin biznes qurumlarının nümayəndələrinin çıxışı nəzərdə tutulur.

Tədbir zamanı Azərbaycan və Laosun investisiya imkanlarına dair təqdimatlar keçirilir, həmçinin işgüzar əlaqələrin qurulması və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün görüşlər təşkil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31