Xamneyi: “ABŞ-ın səyləri bir nəticə verməyəcək”
Xamneyi: “ABŞ-ın səyləri bir nəticə verməyəcək”
24 Aprel 2019 16:08 Dünyaİran neft ixrac etməyə davam edəcək
Olaylar.az bildirir ki, bu barədə İranın dini lideri Ayətullah Əli Xamneyi paytaxt Tehrandakı iqamətgahında böyük bir işçi qrupu qəbulu etdiyi çıxışında deyib.
Xamneyi qeyd edib ki, ABŞ-ın səyləri bir nəticə verməyəcək: "Ehtiyacımız qədər nefti ixrac etməyə davam edəcəyik. ABŞ düşmənçilik təşəbbüslərinin cavabsız qalmayacağını bilməlidir".
Qeyd edək ki, Tramp administrasiyası Tehranın əsas gəlir mənbəyinin qarşısını almaq ümidi ilə İran nefti idxal edən ölkələrə sanksiya güzəştlərinin ləğvini elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31