Daha bir ölkədə prezident səlahiyyətləri genişləndirildi
Daha bir ölkədə prezident səlahiyyətləri genişləndirildi
24 Aprel 2019 13:25 DünyaDəyişikliklər Sisinin 2030-cu ilə qədər ölkə başçısı seçilməsinə imkan verir.
Misirdə prezident səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı keçirilən referendumda "hə" cavabı çıxıb.
Konstitusiya dəyişikliyi prezidentlik müddətinin artırılmasına, ordunun siyasi sistemdə rolunun artmasına və parlament sisteminin dəyişməsinə yol açacaq.
Dəyişikliklər prezident Əbdül Fəttah əs-Sisinin 2030-cu ilə qədər ölkə başçısı seçilməsinə imkan verir.
Eyni zamanda ölkədə vitse-prezident postu təsis olunur, parlamentin Senat adlı yuxarı palatası təsis edilir.(modern.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31