Barda SİLAHLI İNSİDENT: 2 ölü, 4 yaralı
Türkiyənin Niğde şəhərində fəaliyyət göstərən əyləncə mərkəzlərinin birində silahlı hücum baş verib.
24 Aprel 2019 13:08 DünyaTürkiyənin Niğde şəhərində fəaliyyət göstərən əyləncə mərkəzlərinin birində silahlı hücum baş verib.
Publika.az xəbər verir ki, əylənmək üçün bara gələn S.D adlı şəxs naməlum səbəblərdən restoranın işçiləri ilə mübahisə etməyə başlayıb.

Mübahisə böyüyüb və S.D. üzərindəki odlu silahı çıxararaq restoran əməkdaşlarına hücum edib. Hadisə nəticəsində 2 nəfər - 40 yaşlı Sərdar Altın və 41 yaşlı Ömər Yıldırım həlak olub, 4 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri - 36 yaşlı Fatih Vəzirin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31