Smartfonun 100% enerji yığması təhlükəlidir
Smartfonun 100% enerji toplaması akkumulyatorun xidmət müddətini azaldır.
24 Aprel 2019 13:02 DünyaSmartfonun 100% enerji toplaması akkumulyatorun xidmət müddətini azaldır.
Olaylar.az bildirir ki, bu barədə "Mail.ru Hi-Tech" portalının rəhbəri Dmitri Ryabin deyib.
Ryabin qeyd edib ki, smartfonun 100% enerji toplamasından sonra çox az sayda istifadəçi cihazı rozetkadan ayırır: "Siz prosesi həmin an dayandırmaq üçün yəqin ki indikatoru izləmirsiniz. Enerji yığmaqda olan smartfon 100% şarjı dəstəkləmək üçün enerji toplamağa davam edir və batareya şəbəkədəki gərginliyin təsiri altında isinir."
Ekspertin sözlərinə görə, smartfon 90% enerji topladıqda onu rozetkadan ayırmaq məsləhətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31