Şri-Lankada partlayışlarda ölənlərin sayı 310-a çatdı

Aprelin 21-də Şri-Lankada baş verən partlayışlar nəticəsində ölənlərin sayı gün keçdikcə artmaqdadır.Publika.az xəbər verir ki, teraktların qurbanlarının sayı 310 nəfərə çatıb. 500-dən çox yaralı var.Qeyd edək ki, xristianların müqəddəs Pasxa bayramı günü Şri-Lankanın payaxtı Kolombo daxil olmaqla, üç böyük şəhərdə dəhşətli terror aktları qeydə alınıb. Ölkənin 3 böyük kilsəsində və 3 məşhur hotelində baş verən partlayışların sayı 8 olub.Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib. Şri-Lanka hökuməti terroru "Beynəlxalq Təvhid Camaatı" terror təşkilatının törətdiyini açıqlayıb.Hadisə ilə bağlı 23 aprel tarixi ölkə miqyasında matəm günü elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31