Rusiya “şəhər qatili”ni təqdim edəcək
Rusiya “şəhər qatili”ni təqdim edəcək
22 Aprel 2019 18:38 DünyaRusiya bu gün daha bir silahının təqdimatını keçirəcək.
Azadinform xəbər verir ki, bu günə qədər istehsal olunan ən uzun sualtı gəmi sayılan "Belqorod" nümayiş etdiriləcək. Təxminən 185 metr uzunluğunda olan sualtı gəmi 6 nüvə başlıqlı torpido daşıya bilir.
Qeyd edək ki, "Belqorod" sahib olduğu silahlarla bir şəhəri məhv etməyə qadirdir. Ona görə də "şəhər qatili" ləqəbi ilə məşhurdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31