Gürcüstanda çeçenlərlə toqquşmanı kim törədib?
Pankisi dərəsində yerli əhali ilə (burada əsasən çeçenlər məskunlaşıb) polis arasında böyük toqquşma yaşanıb
22 Aprel 2019 12:03 DünyaPankisi dərəsində baş verən hadisələrin əsas səbəbi İvanişvilinin acgözlüyüdür.
Bunu Rustavi-2-yə açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. O, etirazların başlamasının digər səbəbininin Rusiyanın maraqlarıyla bağlı olduğunu deyib.
Saakaşvili Pankisi dərəsinin əhalisinin öz sakitliklərini qoruyub saxlaması gərəkdiyini bildirib.
Qeyd edək ki, dünən Pankisi dərəsində yerli əhali ilə (burada əsasən çeçenlər məskunlaşıb) polis arasında böyük toqquşma yaşanıb. Buna səbəb yerli əhalinin "Xadori" su elektrik stansiyasının tikintisinə etiraz etmələri olub. Toqquşma nəticəsində 40 nəfər yaralanıb.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31