Kiyevdə Poroşenkonun tərəfdarları mitinq keçirirlər
Kiyevdə Poroşenkonun tərəfdarları mitinq keçirirlər
19 Aprel 2019 17:20 DünyaUkraynanın paytaxtı Kiyev şəhərinin Müstəqillik meydanında hazırkı dövlət başçısı, prezident seçkilərində namizədlərdən biri Petro Poroşenkonun tərəfdarları mitinq keçirirlər.
"İnterfax" xəbər verir ki, meydanda hazırda 1500-dək tərəfdar toplaşıb və bu səbəbdən həmin istiqamətdə avtomobillərin hərəkətində qismən məhdudiyyət yaranıb.
Qeyd edək ki, bu gün axşam paytaxtdakı Olimpiya stadionunda prezidentliyə namizədlər - Petro Poroşenko ilə Vladimir Zelenski arasında seçkiöncəsi debat baş tutacaq.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31