Depressiyadan qurtulmağa imkan verən qurğu hazırlanıb
Depressiyadan qurtulmağa imkan verən qurğu hazırlanıb
19 Aprel 2019 15:54 DünyaYeni Cənubi Uels Universitetinin alim və mühəndisləri tərəfindən əhval-ruhiyyəni yaxşılaşdırmağa və depressiyadan qurtulmağa imkan verən cihaz hazırlanıb.
Olaylar.az bildirir ki, universitetin psixiatriya məktəbinin professoru Kolin Loo "ABC" televiziyasına açıqlamasında, qurğunun depressiyada olan insan beynini onun normal vəziyyətinə geri qaytardığını deyib.
İstehsalçıların sözlərinə görə, artıq 34 nəfər yeni qurğunu sınaqdan keçirib və həmin şəxslər psixoloq və ya psixoterapevtlərin müşahidəsi altındadırlar.
Həkimlərin fikrincə, sınaqların nəticəsi ümidvericidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31