Haftar həbs olunur: Qərar verildi
Liviya Milli Birlik Hökuməti general Xəlifə Haftarın həbsiylə bağlı order verib.
19 Aprel 2019 11:47 DünyaLiviya Milli Birlik Hökuməti general Xəlifə Haftarın həbsiylə bağlı order verib.
Bu barədə məlumatı "Doyçe Velle" saytı yayıb. Məlumata görə, Haftarla bərabər onun daha 6 adamı da axtarışa verilib. Onların hər biri Tripolinin yaşayış məhəllələrinə hücumda ittiham olunub.
Qeyd edək ki, Haftar bundan öncə Tripoliyə hücum keçib. Bundan sonra Liviya Milli Hökuməti Haftarın qüvvələrinə qarşı "Vulkanın qəzəbi" əməliyyatına başlayıb.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31