Tripolidə 205 ölü, 913 yaralı

Tripolidə 205 ölü, 913 yaralı

Liviyanın paytaxtı Tripoli və ətrafındakı döyüşlərdə həlak olanların sayı 205-ə çatıb.

Olaylar.az bildirir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı məlumat yayıb. 

Döyüş, general Xəlifə Hafterin aprelin 4-də paytaxt Tripoliyə qarşı hücum əmriylə baş verib.

Toqquşmalarda bu günə qədər 205 nəfərin öldüyü, 913 nəfərin yaralandığı bildirilib.

Qarşıdurmalar nəticəsində 18 mindən çox adam itkin düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31