Ermənistanda hərbçi güllələndi
Ermənistanda hərbçi güllələndi
18 Aprel 2019 11:57 DünyaErmənistanda güllələnmə hadisəsi baş verib.
Aprelin 18-də İrəvandakı xəstəxanaların birinə sol tərəfindən güllə yarası almış 23-25 yaşlarında gənc gətiriblər. Hərbi formada olan gəncin Kanakerdəki hərbi hissənin ərazisindən gətirildiyi məlum olub. Yaralı dərhal əməliyyata götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, yaralı şəxs 24 yaşlı Kotayski vilayətinin sakini S.Narekdir. O, müqavilə ilə xidmət edən hərbi qulluqçudur. Hərbçinin cibindən məktub tapılsa da, məzmunu açıqlanmayıb. Hazırda xəstəxanada olan hərbi polisin nümayəndələri hadisənin baş vermə səbəblərini araşdırır.
musavat
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31