Dünya bu toydan danışır - Gəlin ağ alt paltarında, bəy isə kombinezonda - VİDEO

Gəlin ağ alt paltarında, bəy isə kombinezonda

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Videoda toy adət-ənənəsindən kənara çıxan cütlüyün şad günündə yaşananlar əks olunub.

Qız toyunda gəlinlik əvəzinə ağ alt paltarı geyinərək nişanlısına ərə gedib. Onlar pik-ap avtomobilinin arxasında nikah bağlayıblar.

Qeyri-adi toy ABŞ-ın Florida ştatının Punta Qorda şəhərindəki palçıq gölünün yaxınlığında baş tutub. Ahrielle Biddle adlı qız Jeremy adlı oğlanla ailə qurarkən hər ikisinin ateist olduğunu söyləyib.

Bəy də toyuna qəribə geyimdə gəlib. Belə ki, Jeremy kombinezonda Ahrielle ilə evlənib. Onlar daha sonra palçıq gölünə girərək öpüşüblər.

Oğlan balayına getməyə görə pul yığmaq üçün xeyriyyə saytında hesab açaraq, maddi kömək istəyib. O, qeyd edib ki, stereotipləri qırdığına görə çox xoşbəxtdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dünya bu toydan danışır - Gəlin ağ alt paltarında, bəy isə kombinzonda

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31