Ərdoğan Zəriflə görüşdü

Ərdoğan Zəriflə görüşdü

Ankarada səfərdə olan İran Xarici İşlər naziri Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Axar.az xəbər verir ki, Zərif Suriya Prezidenti Bəşər Əsədlə görüşü barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesabat verəcəyini deyib:

"Suriyada Əsədlə uzun görüşümüz oldu. Bu görüşün hesabatını Cənab Ərdoğana təqdim edəcəyəm".

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Görüş 1 saat 10 dəqiqə davam edib. Rəsmi qəbulda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31