Paşinyan diasporu qəzəbləndirəcək layihəni reallaşdırır
Paşinyan diasporu qəzəbləndirəcək layihəni reallaşdırır
17 Aprel 2019 16:45 DünyaMənim Addımım Bloku hökumətin strukturunun dəyişdirilməsi barədə mübahisəli qanun layihəsini dəstəkləyəcəyini bildirib.
Bunu Ermənistan parlamentinin iclasında çıxışı zamanı Mənim Addımım Blokundan olan vitse-spiker Lena Nəzəryan deyib.
Qeyd edək ki, bu qanun layihəsinə əsasən, hökumətdəki nazirliklərin sayının 17-dən 12-yə endirilməsi nəzərdə tutulub. Qanun layihəsi qəbul olunacağı təqdirdə kənd təsərüffatı, energetika, mədəniyyət, diaspora, gənclər və idman nazirlikləri ləğv ediləcək. Ən çox mübahisəyə səbəb olan məqam Diaspora Nazirliyinin ləğvi olub. Belə ki, həm diaspora, həm də bir sıra partiyalar bu addımın qəbuledilməz olduğunu bəyan ediblər.
Parlamentdəki müxalifət isə dəyişikliklərin ciddi islahat olmadığını deyib. Müxalifət hökumətin Serj Sərkisyanın yolunu tutduğunu və hələ də güc nazirliklərini əlində saxladığını söyləyib.
axar