138 nəfər həbs edildi – Müsəlman ölkəsindən İran kəşfiyyatına ağır zərbə
Bəhreyndə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə olan 138 nəfər ölkə vətəndaşlığından çıxarılıb.
17 Aprel 2019 16:38 DünyaBəhreyndə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə olan 138 nəfər ölkə vətəndaşlığından çıxarılıb.
Bu barədə Bəhreynin baş prokuroru Əhməd əl-Həmadi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkədən çıxarılan qrup üzvləri istintaqda dindirilib:
"Onlar "Hizbullah" və SEPAH-la əlaqədə olmaqda ittiham ediliblər. 3 ildən ömürlük həbsə qədər məhkum olunublar. Məhkəmənin qərarı ilə müttəhimlərdən 69-u ömürlük həbsə məhkum edilib. Həmçinin axtarışda olan müttəhimlərdən 10-u qiyabi şəkildə mühakimə edilib".
Qeyd edək ki, ABŞ rəsmi olaraq SEPAH-ı terror təşkilatı elan edib.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31