Viktor Hüqonun Məhəmməd peyğəmbərə yazdığı şeir
Viktor Hüqonun Məhəmməd peyğəmbərə yazdığı şeir
17 Aprel 2019 16:07 DünyaFransanın məşhur Paris Notr-Dam kilsəsinin yanaraq kül olması həmin kilsə haqqında əsər yazaraq bu tarixi abidənin dəyərini birə-beş artıran əfsanəvi roman ustası Viktor Hüqonun da gündəmə gəlməsinə səbəb olub.
9 əsrlik katedralı ədəbi abidəyə çevirməyi və bütün dünyaya sevdirməyi bacaran Hüqonun İslam, Allah, "Qurani-Kərim" ayələri ilə bağlı yazdığı şeirlər tərcümə və dərc olunmağa başlanıb.
Xüsusilə, onun İslam dinini qəbul etməsi iddialarına səbəb olan Məhəmməd peyğəmbərə yazdığı məşhur "Mahomet" şeiri diqqət çəkir.
Həmin şeiri azərbaycan dilində təqdim edirik:
Viktor Hüqo - "La Legande des Siecle" (Yüzillərin əfsanəsi)
Vəzifəsinin yaxın olduğu ürəyinə dammışdı
Mətin idi, kimisə qınamır, incitmirdi
Yolda gördüyü hər kəslə salamlaşırdı
Hər gün sanki bir az daha yaşlanırdı
Halbuki sadəcə iyirmi bəyaz tük var idi qara saqqalında
Dayanıb su içən dəvələri izləyirdi arada
Beləcə, savran olduğu zamanlarını xatırlayırdı.
Sanki cənnəti görmüş, ilahi eşqi tapmışdı
Sanki kainatın yaradılışına şahid olmuşdu
Alnı açıq, yanaqları qüsursuz, bənzərsizdi
Qaşları incə, baxışları anlamlı və kəskin idi
Boynu gümüş bir sürahinin boğazı idi sanki.
Tufanın sirlərini bilən Nuhun havası vardı.
Onunla məsləhətləşməyə gələnlərə adil davranırdı
Kimisi etiraf edər, kimisi gülər və inkar edərdi
Səssizcə dinlər, ən sonda danışardı özü
Ağzından dua və zikr heç əksik olmazdı
Çox az yeyər, qarnının üzərinə daş qoyardı.
Boş dayanmaz, qoyunlarını sağıb başını qatardı
Yerə oturub, paltarlarını özü tikərdi
Artıq gənc deyildi, əvvəlki qüvvəti qalmamışdı
Yenə də hər kəsdən daha çox oruc tutardı
Altmış üç yaşında bir alov sarıdı bədənini
Müqəddəs kitab "Quran"ı bir dəfə də oxudu
Sonra bayrağı Səidin oğluna verdi.
Onlara: "Artıq aranızdan ayrılmaq vaxtı gəldi
Allah birdir, həmişə onun yolunda savaşın" dedi.
Kədərli idi, baxışlarında yurdundan zorakılıqla
Qaçqın düşən qoca bir qartalın kədəri vardı sanki
Yenə həmişəki vaxtında məscidə gəldi,
Əliyə tabe olanlar da arxasınca gəlirdi
Vəı müqəddəs bayraq küləklə dalğalanırdı.
Bənizi solğun idi, çevrildi və qələbəliyə səsləndi
"Ey insanlar, ömür bitir, həyat gəldi-gedərdi
Biz qaranlıqda kiçik bir zərrəyik, uca olan Odur.
Ey insanlar, Ondan başqa rəhbərim yoxdur.
Onsuz bir dəyərim olmazdı."
Bir zat ona: "Ey möminlerin gerçək Sultanı!
Səni dinlər-dinləməz, hər kəs inandı sözünə
Sən doğulanda bir ulduz doğdu göy üzündə
Kəsra sarayının üç qülləsi birdən yıxıldı" dedi.
O da: "Mələklər ölümümü müzakirə etdi.
Vaxt tamamdır, dinləyin. Əgər hansı birinizə
Bir pislik etdimsə, çıxsın, hər kəsin qarşısında
Mən ölmədən gəlsin intiqamını alsın indi
Kimə vurmuşamsa, o da mənə vursun" dedi.
Və əsasını oradan keçənlərə uzatdı
Yaşlı bir qadın bir qoyunu qırxırdı eşikdə
Ona: "Tanrı köməkçin olsun!" deyə səsləndi.
Baxışlarında kədər vardı, olduqca bitkin idi
Dalmışdı. Birdən belə dedi: "Hər kəs eşitsin!
Allah mənim adımı andı! Bundan əmin olun
Torpaqdan insan, nurdan peyğəmbərəm
İsanın gətirdiyi dini tamamlamağa gəldim.
Əzhəbəm, mən səbr daşıyam, İsa şirin dilli idi.
Hər şəfəq doğacaq Günəşin müjdəçisidir
İsa məndən öncədir, amma nə Tanrıdır, nə də onun oğlu
O, gülü qoxlayan Bakirə Məryəmdən doğuldu.
Unutmayın, mən də ətdən-sümükdən bir faniyəm.
Quruyan palçıqdan başqa bir şey deyiləm
Bu dünyada başıma gəlməyən şey qalmadı
Çəkdiyim əzablara yol olsa, dayançmazdı
Təzyiq və işgəncədən bu bədənim çox çəkdi
Və əgər işlədiyimiz hər bir günahın qarşılığı
Qorxunc bir böcək olsaydı, o qaranlıq məzarı
Bizə dar edər, cəhənnəmə çevirərdi.
Təkrar-təkrar bədən qazanara cəhənnəm əhli
Və qurdlar yenidən gəmirər bütün bədənlərini
Beləcə, dəfələrlə tükənər və yenidən dirilir
Cəzalarını çəkdikdən sonra da yenidən rahatlığa qovuşur.
Mən müqəddəs savaşların təvazökar meydanıyam
Bəzən əfəndi, bəzən də kölə kimiyəm
Kəlamım eyni səhradakı qum və quyular kimidir
Bir sözüm qorxudursa, digər müjdəçidir
Ey inananlar! Çəkdiklərimi görürsünüz!