Tramp əsas rəqiblərini açıqladı - "Döyüşə hazıram!"
ABŞ prezidenti Donald Tramp, öz "Twitter" səhifəsində 2020-ci ildə keçiriləcək prezident seçkilərində əsas rəqibləri haqqında danışıb.
17 Aprel 2019 14:00 DünyaABŞ prezidenti Donald Tramp, öz "Twitter" səhifəsində 2020-ci ildə keçiriləcək prezident seçkilərində əsas rəqibləri haqqında danışıb.
Olaylar.az bildirir ki, ABŞ prezidenti əsas rəqiblərinin senator Berni Sanders və keçmiş vitse-prezident Co Bayden olacağını bildirib.
Tramp hər iki rəqibi ilə biri ilə döyüşə hazır olduğunu qeyd edib.
Demokratlar arasında 18 milyona sahib olan Berni Sanders lider vəziyyətdədir. Eyni zamanda, Co Bayden rəsmi olaraq "yarışa" qatılmayıb. Lakin bunun tezliklə baş verəcəyi gözlənilir.
Daha əvvəl Bayden öz tərəfdarlarına prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirmişdir.