Qondarma rejimin "baş diplomatı" Amerikaya gedir
Qarabağ separatçılarının "xarici işlər naziri" Masis Mailyan aprelin sonunda Cənubi Amerikaya gedəcək.
17 Aprel 2019 12:30 DünyaQarabağ separatçılarının "xarici işlər naziri" Masis Mailyan aprelin sonunda Cənubi Amerikaya gedəcək.
Bu məlumatı ANKA təşkilatı yayıb. Məlumata görə, Mailyanı səfər zamanı qondarma rejimin ABŞ-dakı "nümayəndəsi" Robert Avetisyan və Daşnaksütyun Partiyasının Mərkəzi Komitəsinin Qarabağdakı nümayəndəsi David İşxanyan müşayiət edəcək.
Mailyan Argentina və Uruqvayda olacaq və burada müxtəlif görüşlər keçirəcək.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31