Rusiyadan internetlə bağlı QƏRAR: noyabrın 1-dən sonra...

Rusiya öz internet şəbəkəsini quracaq.

Rusiya öz internet şəbəkəsini quracaq.

Rusiya parlamentinin alt qanadı Dumada ölkənin öz internet şəbəkəsinin qurulmasını ehtiva edən qanun layihəsi təsdiq edilib.

"Runet" adı verilən yeni şəbəkənin layihəsi Federasiya Şurasına göndəriləcək. Daha sonra şuranın təsdiqi ilə 1 noybar 2019-cu il tarixindən qüvvəyə minəcək.

"Runet" vasitəsilə paylanan internetə nəzarət Rusiyanın "Roskomnadzor" milli telekom izləmə təşkilatı tərəfindən təmin olunacaq.

Layihənin şuraya göndərilməsindən sonra ölkədə müzakirələr zirvəyə çıxıb. Rusiyada kiber-hücumların qarşısını almaq və terror fəaliyyətləri ehtimalına qarşı tədbirlər görmək məqsədilə hazırlanan layihəyə bir qisim dəstək verərkən, bəzi insanlar şəbəkənin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını dilə gətirir.

publika

Xameneyinin səhifəsi silindi... – SANKSİYA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31