Alman əsgərlər yunan adasına bayraq sancdılar

Yunanıstanın Krit adasında iki alman əsgər ölkəsinin dövlət bayrağını qaldırdığı üçün həbs edilib.

Yunanıstanın Krit adasında iki alman əsgər ölkəsinin dövlət bayrağını qaldırdığı üçün həbs edilib.

Alman əsgərlər adada yerləşən NATO-nun Sudas hərbi hissəsində xidmət edirmiş.

Əsgərlər qayalıqda Yunanıstan dövlət bayrağını endirərək Almaniya bayrağını qaldırıblar.

Adada insanların şikayətindən sonra əsgərlər saxlanılıb. Əsgərlər məhkəmədə bildiriblər ki, pis niyyətləri yoxdur, sadəcə mənzərə onların xoşuna gəldiyi üçün bayrağı ora asıblar.

Hər iki alman əsgəri təcili deportasiya edilib.

teleqraf

Tramp 60 rus diplomatı necə qovub...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31