Notr-Dam kilsəsində baş vermiş yanğının ilkin səbəbi açıqlanıb
17 Aprel 2019 10:17 DünyaParisin ən möhtəşəm tarixi abidəsi olan Notr-Dam kilsəsində baş vermiş yanğını araşdıran kriminalistlər onun səbəbləri barədə ilkin qənaətə gəlib.
ONA-nın "Le Parisien" nəşrinə istinadən verdiyi xəbərə görə, ilkin versiya olaraq yanğına elektrik xətlərində yaranmış nasazlıq səbəb kimi göstərilib.
Ancaq bununla belə, yanğının abidənin hansı hissəsindən qaynaqlandığı dəqiqləşdirilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31